Xatırladaq ki, bu ilin fevralında Paşinyan evə avtobusla qayıdarkən çəkdiyi videonu yaymışdı. Həmin vaxt Ermənistanın baş naziri onlayn bilet ala bilmədiyindən şikayətlənmişdi.
“Bu gün evə getmək üçün avtobusa minib onlayn avtobus bileti almaq istədim, amma bacarmadım. Mən həqiqətən əsəbləşirəm. Niyə tez ala bilmirəm? Səbəb mənim kifayət qədər rəqəmsal bacarıqların olmamasıdır”, - Nikol Paşinyan demişdi.
Onun sözlərinə görə, hərçənd son 30 il ərzində, nadir istisnalarla, hər gün kompüter və internetlə məşğul olub. Amma görünür, bu, Paşinyanın kifayət qədər rəqəmsal bacarıqlara malik olduğu demək deyil.
— Newsfeed (@Newsfeed883920) October 8, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


